İş adamı əmək hüquqlarını pozdu - YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ

“PMD Projects” MMC-nin rəhbəri Topçibaşev Nəriman Fikrət oğluna inzibati protokol yazılıb.

Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Nəriman Topçibaşev protokoldan narazı qalıb, o, Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İş hakim Elməddin Hüseynovun icraatındadır.