İrəvanda Rusiya bayrağı endirildi - Video

İrəvanın Qələbə parkında Ermənistanda xidmət edən erməni və rus sərhədçilər üçün qoyulmuş abidənin arxasındakı bayraq dirəyindən Rusiyanın bayrağı endirilib və gerbi sökülüb. 

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Hazırda Rusiya gerbinin izləri görünür, bayraq isə cırılıb, yalnız bir parçası qalıb. İrəvan meriya buna görə məsuliyyət daşımadığını bildirib. “İravunk” yazıb ki, bayrağı və gerbi rusofoblar söküb, buna baxmayaraq, rəsmilər indiyə qədər onu bərpa etmək haqda düşünməyib.