İraq və İordaniyanın imzaları siyahəıdan çıxarıldı

İsveçrə Xarici İşlər Nazirliyi İraq və İordaniyanın səhvən Ukrayna ilə bağlı yekun kommünikeni imzalayanlar siyahısına əlavə edildiyini bildirib.

İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Valentin Kliva RİA Novosti- yə bildirib ki, bu, “koordinasiya problemi” səbəbindən baş verib.

“Tədbirdə iştirak edən hər bir nümayəndə heyəti əvvəlcədən kommünike alır və sonra onun imzalanmasına etiraz edərsə, bu barədə ev sahibi ölkəyə məlumat verməlidir. İraq və İordaniya bu mətnlə razılaşmadıqlarını xüsusi olaraq bildirmədilər və buna görə də əlavə edildi”, - Kleva aydınlıq gətirib.

O, həmçinin qeyd edib ki, "bu ölkələr yekun kommünikenin dərcindən sonra adlarını imzalayanlar siyahısından çıxarmağı xahiş ediblər. Bu, sadəcə koordinasiya problemi idi" 

Bundan əvvəl İordaniya və İraqın İsveçrədə Ukrayna üzrə sammitin bəyannaməsində imzalarını geri götürdüyü bildirilib. Beləliklə, Bürgenstokda Ukrayna üzrə keçirilən konfransın yekun kommünikesini təsdiq edən dövlətlərin sayı 78-ə düşüb.