İranın saxladığı iki tanker hansı ölkəyə məxsusdur? - Qaçaqmal yanacaq daşıyırmışlar

İran İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri Fars körfəzi sularında ümumilikdə təxminən 4,5 milyon litr qaçaqmal yanacaq daşıyan iki tankeri saxlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə "Tasnim" agentliyi xəbər verib.

SEPAH Hərbi Dəniz Qüvvələrinin zabitləri üç günlük müşahidə və kəşfiyyat zamanı Əbu Musa adasının sahillərində cənubda, təxminən 4,5 milyon litr həcmində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan iki gəmini ələ keçirib, gəmilər hakimiyyət orqanlarına təhvil verilib”, - deyə, məlumatda deyilir.

Tankerlərdən birinin 2,28 milyon litr yanacaq daşıdığı, göyərtəsində hamısının xarici vətəndaşlar olmaqla 13 ekipaj üzvü olduğu qeyd edilir. 

İkinci tanker 2,3 milyon litr neft daşıyıb və göyərtəsində 21 ekipaj üzvü var idi ki, onların da hamısı xarici vətəndaşdır.