İranın BMT-dəki missiyası bildirib ki, İranın hücumu BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair bəndinə əsasən tamamilə qanunidir.
Bizimxeber.az bildirir ki, bu barədə ölkənin daimi nümayəndəliyi X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bəyanatda deyilir:
"İranın hərbi hərəkətləri BMT Nizamnaməsinin qanuni özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq həyata keçirilib və sionist rejimin Dəməşqdəki diplomatik obyektlərimizə təcavüzünə cavab olub".
Eyni zamanda, İran missiyası xəbərdarlıq edib ki, İsrail “yeni bir səhv etsə”, İranın cavabı “daha sərt olacaq”.
Bundan əvvəl İranın BMT-dəki missiyası İranın İsrailə hücumu ilə əlaqədar ABŞ-ı iki ölkə arasındakı münaqişədən “uzaq durmağa” çağırıb. Bundan əvvəl ABC News İranın İsrailə zərbələrinin hədəfinin yalnız hərbi hədəflər olacağını bildirmişdi.