İran Azərbaycan və Ermənistan arasında yaranan məlum vəziyyəti sülh yolu ilə həll etməyə çağırır.
Bizimxeber.az bildirir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib.
Onun sözlərinə görə, Tehran “ixtilafların sülh yolu ilə həllinə” çağırır və hesab edir ki, regionda davamlı sülhə yalnız dialoq və diplomatiya yolu ilə nail olmaq olar”.
İran həmçinin iki dövlət arasında sülh sazişinin bağlanmasının sürətləndirilməsini zəruri hesab edir.