İranda zəlzələ - 28 yaralı

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub. 

Bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

***

“Mehr” agentliyinin məlumatına görə, zəlzələ nəticəsində 28 nəfər yaralanıb.