"İran regional sərhədlərin dəyişdirilməsini qəbul etmir" - Əli Bağeri

"İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir".

Bizimxeber.az bildirir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri deyib.

“İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistan-Azərbaycan arasında normallaşmanı dəstəkləyir, bununla belə, Tehran regionun demoqrafiyasını və regionun sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir”-deyə o bildirib.