İran prezidenti İbrahim Rəisi Moskvaya gedib.
Bizimxeber.az bildirir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali sosial şəbəkələrdə məlumat verib.
"İbrahim Rəisi Moskvaya Vladimir Putinlə danışıqlar aparmaq üçün gəlib", - deyə RİA Novosti bildirir.
Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi dekabrın 7 -də Moskvada iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən enerji sektorunda əməkdaşlığı müzakirə edəcəklər.