İran İsrailə qarşı PUA hucumlarını təsdiqlədi

İran pilotsuz təyyarələrin İsrail ərazisinə doğru atıldığını təsdiqləyib və tezliklə İsrailə raket zərbəsi endirəcəyini açıqlayıb. 

Bizimxeber.az bildirir ki, bu barədə Fars xəbər verir. 

Bundan əvvəl İsrail və ABŞ İranın pilotsuz təyyarələr buraxdığını təsdiqləyib. Bundan əvvəl “The Jerusalem Post”  İranın İsrailə onlarla pilotsuz uçan aparatı vurduğunu yazmışdı.

Eyni zamanda, Əl Ərəbiyyə telekanalı çoxlu sayda İran pilotsuz təyyarəsinin  İraqın cənubunda hava məkanını keçdiyini bildirib.