İran İsrailə güclü və mürəkkəb hücum planlaşdırır.
Bizimxeber.az bildirir ki, bu barədə Amerikanın “The Wall Street Journal” nəşri yazıb.
Nəşrin məlumatında qeyd olunur ki, hücum zamanı təkcə raket və pilotsuz təyyarələrdən deyil, həm də nizami ordunun hərbçilərindən istifadə ediləcək.
İranlı mənbənin bildirdiyinə görə, hücum ABŞ prezident seçkilərindən sonra, yəni noyabrın 5-dən sonra, 2025-ci ilin yanvarında baş tutacaq yeni prezidentin andiçmə mərasimindən əvvəl İsrailə qarşı yeni hücum planlaşdırılır. Mənbənin sözlərinə görə, İran İraq ərazisindən İsrailə hücum etmək üçün istifadə edə və əməliyyata təkcə “İslam İnqilabı Keşikçiləri Korpusu”nu deyil, nizami ordu əsgərlərini də cəlb edə bilər.