İran beş günlük matəm elan etdi

Prezident Rəisi və onu müşayiət edənlərin vəfatı ilə əlaqədar İranda beş günlük matəm elan edilib.

Bunu İranın ali dini lideri Əli Xamenei deyib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.