İordaniyadan İsrailə gələn terrorçular məhv edildi

İsrail ordusu bir qrup silahlı şəxsin İordaniyadan İsrailə daxil olduğunu açıqlayıb.

Bizimxeber.az bildirir ki, məlumatda qeyd olunur ki, bir qrup silahlı şəxs İordaniyadan İsrailə Ölü dəniz bölgəsinə sızıb, onlardan ikisi İsrail hərbçiləri tərəfindən zərərsizləşdirilib.

“İDF qoşunları İordaniyadan Ölü dənizin cənubunda İsrail ərazisinə gələn bir neçə terrorçunu aşkar edib. Hərbçilərə atəş açan iki terrorçunu zərərsizləşdirib”, - deyə İDF Telegram kanalında bildirilir .

Qalan silahlı şəxslərin axtarışı davam edir.