İnterpol Rusiyanın istəyini yerinə yetirmədi

İnterpol rusiyalı jurnalistlər Aleksandr Nevzorov və Andrey Soldatovu, habelə Rusiya ordusu ilə bağlı “saxta xəbərlər” maddəsi ilə cinayət işi açılan blogger Veronika Belotserkovskaya və keçmiş polis zabiti Oleq Kaşintsevi ekstradisiya etməkdən imtina edib. 

Bizimxeber.az bildirir ki, bu barədə “Agentura” nəşri məlumat yayıb.

Nəşr Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun İstintaq Komitəsinə göndərdiyi məktubları dərc edərək yazır ki, İnterpol "saxta” məqalə ilə təqibi siyasi motivli hesab etdiyi üçün Rusiyanın tələbini rədd edib.