“İnternational Medical Centre-Bakı” və “Leyla Medical Center” cərimələndi

“İnternational Medical Centre-Bakı” və “Leyla Medical Center” barəsində cərimə protokolu tərtib edilib. Hər iki klinika İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. 

Tələbi pozulan maddəyə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Hər iki işə Xətai Rayon Məhkəməsində baxılacaq. “Leyla Medical Center”lı bağlı işə 5 aprel tarixində hakim Rəfail Sadıxovun sədrliyi ilə, “İnternational Medical Centre-Bakı” ilə bağlı işə isə 15 aprel tarixində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.

Hər iki klinikanın mövqeyini işıqlandırmağa hazırıq.