İndoneziya da silkələndi - 5,5 bal

İndoneziyanın Sulavesi adası yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bizimxeber.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi ( EMSC ) məlumat yayıb.

Zəlzələnin ocağının dərinliyi 12 km-dir. Dağıntı və tələfat barədə məlumat verilməyib. 

İndoneziya seysmik təhlükə baxımından lider ölkələrdən biridir.