İmtahanların sayı azaldıla bilər - Əmrullayev

Azərbaycanda məktəblərdə imtahanların sayı azaldıla bilər.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur: "Hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir".

Qeyd edək ki, 2018-ci ildəki qərara görə 1-ci sinifdə kiçik və böyük summativ qiymətləndirilmə aparılmır.

Kiçik summativ qiymətləndirmə (KSQ) 2 və 11-ci siniflərdə, böyük summativ qiymətləndirmə isə 4, 9 və 11-ci sinifdə bütün fənlər üzrə, 5,6,7 və 8-ci siniflərdə isə yalnız buraxılış imtahanları fənləri üzrə aparılır.