İlon Mask yenidən dünyanın ən varlı adamı oldu

"Tesla"nın baş direktoru İlon Mask yenidən dünyanın ən varlı adamları reytinqində birinci olub.

Bizimxeber.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mask bir müddət birinci olan fransalı Bernard Renaultu geridə qoyub.

Qeyd olunur ki, bu, təxminən 70% bahalaşan Tesla səhmlərinin qiyməti sayəsində mümkün olub.

Yanvarın əvvəlindən şirkətin səhmləri təxminən iki dəfə artıb. Mask indi 187,1 milyard dollar xalis sərvətə sahibdir ki, bu da onu yenidən siyahıda birinci edir. İkinci yerdə Bernard Arno 185,3 milyard sərvətə sahibdir.