İllinoys ştatı da Trampa qadağa qoydu

İllinoys ştatı Trampa praymerizdə iştirakını qadağan edib.

Bizimxeber.az bildirir ki, bu barədə İllinoys ştatının hakimi ABŞ konstitusiyasının məmurların üsyanda iştirak etdikləri təqdirdə dövlət vəzifələrində işləməsini qadağan edən 14-cü düzəlişini əsas gətirərək Trampı səsvermə bülletenindən kənarlaşdırıb.

Məhkəmə Kolorado Ali Məhkəməsinin oxşar qərarına istinad edərək, bu əsaslandırmanı məcburi adlandırıb. Həmin iddia hazırda ABŞ Ali Məhkəməsindədir.

CNN yazır ki, Ali Məhkəmə çox güman ki, Trampın tərəfindədir. 

İllinoys ştatında respublikaçıların praymerizləri martın 19-da keçiriləcək. 

Koloradodan əlavə, oxşar qərarlar əvvəllər Men ştatının məhkəməsi tərəfindən qəbul edilib. Ümumilikdə 16 ştat Trampın praymerizlərə çıxmasının qarşısını almaq üçün məhkəməyə müraciət edib.