İlk səfərini Almaniyaya etdi - "ABŞ-ln siyasətini dəstəkləyirik"

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lammi ilk səfərini Almaniyaya edib.

Bizimxeber.az bildirir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X-də (Twitter) yazdığı yazıda deyilir .

Səfər zamanı Lemmi almaniyalı həmkarı Annalena Berbok ilə görüş keçirib.

 

Görüş zamanı “NATO-nun Avropa dəstəyinin gücləndirilməsi”, eləcə də Ukraynaya daha effektiv dəstəyin təşkili müzakirə olunub. Tərəflər həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər və qeyd ediblər ki, ABŞ prezidenti Co Baydenin planı “müharibə dalanından yeganə çıxış yoludur”.