IKEA Rusiya bazarına qayıdır - Swed House

IKEA oxşar məhsulların satışını həyata keçirmək üçün bu il Moskvada on mağaza açacaq. 

Bizimxeber.az bildirir ki, bu barədə "TASS" məlumat yayıb.

Moskvada sahəsi min kvadratmetrə qədər olan 10 mağaza açmaq üçün IKEA-ya bənzər məhsullar istehsal edən Swed House ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Bütün Rusiya ərazisində 50-yə qədər mağazanın açılması planlaşdırılır və birlik həmçinin Mega ticarət mərkəzlərində Swed House binalarının icarəyə verilməsi ilə bağlı danışıqlara başlayıb.

Swed House-un Belarus, Rusiya, Qazaxıstan və Çində fabrikləri var. Belarus şirkəti mebel, toxuculuq, məişət məmulatları istehsalı ilə məşğuldur, çeşidi və siyahısı IKEA məhsullarına oxşardır.

Təşkilatın rəhbəri qeyd edir ki, Belarus şəbəkəsinin bəzi malları daha ucuzdur.

Birliyə artıq Swed House-u qəbul etmək istəyən ticarət mərkəzlərindən yüzdən çox müraciət daxil olub. “Onun harada yerləşməsinin fərqi yoxdur - Moskvanın mərkəzində, Moskva Dairəvi yolunda və ya yaşayış massivlərində. İstənilən halda, mebel, məişət əşyaları, tekstil məhsulları tələb olunacaq”, - deyə o, izah edib.

IKEA 2022-ci ildə Ukraynada münaqişənin başlamasından sonra Rusiyadan çıxdığını elan edib. İsveç şirkəti Leninqrad, Kirov və Novqorod vilayətlərində fabrikləri satışa çıxarıb.