Hüseyn Abdullayevin məhkəməsi sentyabrın 5-nə təxirə salınıb

Bakı Ağır Cinayətlər Məhkəməsi sabiq deputat Hüseyn Abdullayevin məhkməsinin sentybarın 5-nə keçirilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə report məlumat yayıb. 

Abdullayevin vəkili hakimdən onun səhhəti ilə bağlı problemin olduğunu əsas gəətirərək məhkmənin təxirə salınmasını xahiş edib.  Bir neçə gün öncə  Bakı Ağır Cinayətlər Məhkəməsi sabiq deputat Hüseyn Abdullayevin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı qərar qəbul edib. 

Bundan əvvəl Ombudsman Hüseyn Abdullayevin müraciətləri əsasında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə dair Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət ünvanladığı açıqlayıb. 

Bir neçə gün öncə hüquq müdafiəçisi Rüfət Səfərov və sabiq deputatın keçmiş vəkili Rəsul Cəfərov Abdullayevin infarkt keçirməsi ilə bağlı mətbuata açıqlama verib. Lakin sonradan Ədliyyə Nazirliyi bu informasiyanı təkzib edib və bildirib ki, bu informasiya doğru deyil. 

Martın 7-də Hüseyn Abdullayeva qarşı cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqaallaşdırılması maddəsi ilə yeni cinayət işi açılıb. 

Sabiq deputat 2018-ci il altı il müddətində azadlıqdan məhrum edilib. Onun həbs müddəti bu ilin aprelində bitirdi. Lakin yeni cinayət ittihamı ilə əlaqədar Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs tədbiri seçib. 

Hüseyn Abdulayev 2005-ci il Milli Məclisin deputatı seçilib. 2007-ci il Nazirlər Kabinetinin qərarına etiraz edərək hesabata qarşı çıxıb. Bundan sonra Milli Məclisin fövqəlada iclası çağırıılıb və onun mandatı əlindən alınıb.

2012-ci Almaniyaya mühacir kimi gedib və bil sonra beynəlxalq axtarışa verilib. 2018-ci il Abdullayev Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib.