Hollandiya və Almaniya quru qoşunlarını birləşdirir - 50 min əsgər bir arada

Hollandiya və Almaniya quru qoşunlarını birləşdirməyi planlaşdırır.

Bizimxeber.az xarici KIV-lərə istinadən bildirir ki, Hollandiya qoşunlarının strukturuna üç briqada daxildir, onlardan ikisi artıq Almaniya Silahlı Qüvvələrinə inteqrasiya olunub. 

Bloomberg-in məlumatına görə, Niderland Kral ordusunun nümayəndəsi mayor Mark van de Beek qeyd edib ki, apreldə 3000 əsgərdən ibarət sonuncu qalan briqadanın inteqrasiyası baş tuta bilər. Mayorun sözlərinə görə, hazırda Hollandiya hökuməti yekun qərar qəbul etməyib.

Birləşmiş qüvvələr təxminən 50 000 əsgərdən ibarət olacaq, onlardan 8 000-i Hollandiyadan olacaq. Quru qüvvələrinin inteqrasiyası planları Hollandiya xüsusi təyinatlıları Korps Commandotroepen bölməsinə təsir etməyəcək.