Hollandiya Ukraynaya 1 milyard avro yardım ayırdı

Hollandiya Ukraynaya hərbi yardım üçün əlavə bir milyard, Ukraynanın yenidən qurulması üçün daha 400 milyon avro ayırıb.

Bu barədə Vladimir Zelenski məlumat verib.

İsveçrədə keçiriləcək Sülh Sammitinə hazırlıq məsələləri də müzakirə olunub. Zelenski Hollandiyanı qoşulmağa dəvət edib.