Hizbullah İsrailin hərbi bazasına hücum etdi

Hizbullah döyüşçüləri Aşağı Qalileydə, Livanla sərhəddən 35 km aralıda yerləşən İsrail ordusunun hərbi bazasına raket zərbəsi endirib.

Bizimxeber.az bildirir ki, bu barədə TASS silahlı birləşmənin bəyanatına istinadən yazır.

Qeyd olunur ki, Hizbullah bu əməliyyatı iyulun 6-da İsrailin Baalbek şəhərinin kənarına endirdiyi hava hücumuna cavab olaraq həyata keçirib. Bundan əvvəl  İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna hücum edib.

Bundan əvvəl İsrail ordusu Livandan 200-dən çox mərmi və PUA-nın buraxılışını qeydə alıb.