Hitlerin evini polis bölməsinə çevirirlər - 20 milyon avro ayrılıb

Avstriya hakimiyyəti Adolf Hitlerin doğulduğu evi yenidən polis bölməsinə çevirmək üçün 20 milyon avro xərcləyəcək.

Bizimxeber.az xarici KİV-lərə isrinadən bildirir ki, Yuxarı Avstriyanın Braunau şəhərindəki binanın 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl avstriyalı rejissor Günter Şvayger bu planları tənqid etmişdi. O, Hitlerin uşaqlıq evini inzibati məqsədlər üçün təhvil vermək istədiyini bildirən 1939-cu ildə qəzet xəbərinə rast gəldiyini iddia etdi. Onun fikrincə, binanın polis bölməsinə çevrilməsi Hitlerin istəyinə uyğun olardı. Lakin evin taleyi ilə məşğul olan komissiyadan tarixçi Oliver Ratkolb Şvaygerin gəldiyi nəticəni absurd adlandırıb.

Ev 2011-ci ildən boşdur, 2016-cı ildə dövlətə verilib.