Hindistan köhnə tankerləri limanlara buraxmır

Hindistan 25 yaşdan yuxarı neft tankerlərinin ölkə limanlarına daxil olmasını qadağan edib.

Bizimxeber.az bildirir ki, bu qadağa görə, xarici dövlətin bayrağı altında üzən yaşı 25-dən yuxarı olan neft tankerlərinin, yükdaşıyanların və ümumi təyinatlı gəmilərin yüklənməsi və boşaldılması üçün limanlara girişinə məhdudiyyətlər qoyur.

Ekspertlər hesab edir ki, bu qadağa Rusiya neftinin ixracı üçün yeni çətinliklər yaradacaq.

Qeyd edək ki, Hindistan Çinlə birlikdə Qərbin sanksiyalarının qüvvəyə minməsindən sonra Rusiya şirkətlərinin əsas satış bazarlarından birinə çevrilib. Sanksiyalardan yan keçmək üçün Rusiya öz tanker donanmasını toplayıb, lakin köhnə gəmilər alıb.