Həbsxanadan çılpaq halda köçürüldülər - FOTO

El Salvador həbsxanasından köçürülən məhbusların görüntüləri dünyanı şoka salıb. Məhbuslar qarışqalar kimi hərəkət edir, düzülür və yumaq kimi yığılrlar.

Bizimxeber.az bildirir ki, görüntülərdə 2 minə yaxın məhbusun çılpaq halda başqa bir həbsxanaya köçürülməsi qeydə alınıb.

Dünyada cinayətlərin ən yüksək olduğu kiçik Latın Amerikası dövlətinin məhbus əhalisi hökumət orqanlarını həbsxanalardakı yerləri genişləndirməyə məcbur edib.

İnsan haqlarını müdafiə edən qeyri-hökumət təşkilatları , xüsusilə də günahları sübuta yetirilmədən qanunsuz həbs edilən yüzlərlə insanın ziyanına olan ciddi pozuntuları pisləyir.