Hataydakı zəlzələ 6 ölkədə hiss olundu

Zəlzələdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatay 15 gün sonra daha iki zəlzələ ilə silkələnib.

Hatayda baş verən zəlzələ 6 ölkədə hiss olunub.

Bizimxeber.az bildirir ki, baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlər Suriya, İordaniya, İraq, Fələstin, İsrail və Misiri də əhatə edib. 

Daha sonra saat 20.07-də ​​episentri Samandağ şəhəri olan 5,8 bal gücündə daha bir zəlzələ baş verib.