Harris tərəfdarlara müraciət etməyə tələsmir

Demokratlardan prezidentliyə namizəd, hazırkı vitse-prezident Kamala Harris, Hovard Universitetində gecə saatlarında keçirilən kampaniya tədbirində tərəfdarlarına müraciət etməyəcək.

Bizimxeber.az “The Hill” -ə istinadən bildirir ki, bu barədə Harris kampaniyasının həmsədri Sedrik Riçmond bildirib. 

“Hələ səsləri hesablamaq lazımdır, hələ də nəticələri məlum olmayan ştatlar var. Deməli, bu gün vitse-prezidentdən açıqlama olmayacaq, amma sabah  olacaq", - o deyib.

Xatırladırıq ki, Trampın Şimali Karolina ştatında qalib gəldiyi, Corciyada qələbəyə yaxın olduğu və seçkilərdən sonra sensasiyaya yol verilən Ayovada qalib gəldiyi artıq məlumdur.

O da məlum olub ki, Respublikaçılar Partiyası Senata nəzarəti bərpa edir və bu, Trampın prezident seçkilərində qələbə qazanacağı təqdirdə onun əhəmiyyətli üstünlüyü olacaq.