HARM raketləri Ukrayna “Su-27”lərinə inteqrasiya olundu

Ukrayna Hərbi Hava Qüvvələri radiolokasiya sistemlərinə qarşı yüksək sürətli HARM (AGM-88 High-speed Anti-Radiation Missiles) raketləri ilə təchiz olunub. 

ABŞ-ın “The Drive” nəşrinin yaydığı məlumatda artıq raketlərin “Su-27” qırıcılarına inteqrasiya olunduğu bildirilir. Məlumata görə, HARM “Su-27”yə elə inteqrasiya oluna bilər ki, döyüş qırıcısı onu Sovet R-27 raketi kimi tanısın.