Haluk Bayraktardan Kılıcdaroğluna tutarlı cavab

Türkiyədə prezidentliyə namizəd CHP sədri Kamal Kılıçdaroğlunun Atatürk Hava Limanını ABŞ şirkətinə təhvil verəcəyi vədi müzakirələrə səbəb olub.

Kılıçdaroğlunun bu bəyanatına Baykar Technology CEO-su Haluk Bayraktardan sərt cavab gəlib: "Bir milyondan çox gəncin yarışdığı və dünyanın ən yaxşı Milli Texnologiya Layihələrinin yer aldığı TEKNOFEST-ə ev sahibliyi edən Atatürk Hava Limanını ABŞ şirkətinə vermək qəbuledilməzdir. Nuri Dəmirağın təyyarələrini basdıran zehniyyət heç vaxt dəyişməyib".

Bu açıqlamaya CHP sədri Kamal Kılıçdaroğlu da cavab verib: "Bu qədər siyasiləşməyin, hörmətli Haluk bəy. Siz bizim üçün bir ailə olaraq çox dəyərlisiniz. Bir partiyanın seçki təbliğatı olmaq sizə yaraşmır. Gələcəkdə bütün uğurlu türk sahibkarlarımıza yer var. Məkan hamınız üçün kifayət qədər genişdir”.

Kılıçdaroğlunun açıqlamasına Bayraktarın cavabı gecikməyib.

“Kamal bəy, həqiqətən də sizin gözünüzdə bir dəyərimiz olsaydı, millət vəkilləriniz, bələdiyyə başçılarınız və bəzi ittifaq ortaqlarınız xalqımıza qarşı terrora son qoyan yerli və milli SİHA-larımızı ittiham etdikdə onlara qarşı çıxardılar".