Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.
QMİ-nin Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, Hacı Şahinlə vida mərasimi uzun müddət fəaliyyət göstərdiyi Məşədi Dadaş Məscidində keçiriləcək.
R.Dadaşovanın sözlərinə görə, Hacı Şahin Həsənlinin uzunsürən xəstəliyi olmayıb: “Dəfn yeri isə ailəsinin qərarına əsasən müəyyən ediləcək”.