Gürcüstandan ikinci cəbhə açmasını istəyirlər - Beynəlxalq təzyiq...

"Ukrayna rəhbərliyi Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılması xahişi ilə rəsmi Tbilisiyə müraciət edib". 

Bizimxeber.az bildirir ki, bu açıqlama ilə hakimiyyətdə olan “Gürcü arzusu” siyasi partiyasının lideri İrakli Kobaxidze çıxış edib: "Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak, eləcə də Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiya əleyhinə hərəkətlər üçün yalvarırlar. Bu ciddi məlumat beynəlxalq tərəfdaşlarımıza çatdırılmalıdır".

Onun sözlərinə görə, bu müraciətlər ölkədə müzakirə olunub, ona görə də beynəlxalq səviyyədə Gürcüstana hansı tələblər qoyulduğunu hər kəs öyrənməlidir.