Gürcüstanda yandırılan Aİ bayrağı yerinə asıldı

Gürcüstan parlamentinin binası qarşısında asılmış və mitinqlər zamanı yandırılmış Aİ bayrağı yenidən qaldırılıb.

Bizimxeber.az bildirir ki, bu barədə “ Echo of Caucasus ” xəbər verir, “Avropa həqiqəti” yazır. 

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı inzibati iş açılıb, bayrağı yandıran şəxslər cərimələnəcək. Bu hadisəyə görə, 400 dollara yaxın cərimə, təkrar qayda pozuntusuna görə isə 2 dəfə çox cərimə və ya 15 sutka inzibati həbs nəzərdə tutulur.