Gürcüstanda torpaq sürüşmələri: Qurbanların sayı 8 nəfərə çatıb

Gürcüstanın Bağdat bələdiyyəsinin Nergeete kəndində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Bizimxeber.az “Exo of Caucasus”a istinadən bildirir ki, daha bir itkin düşmüş şəxsin axtarışları davam edir. Nergeet kəndində sürüşmə prosesinin yaranması və aktivləşməsi fevralın 5, 6 və 7-də yağan güclü yağıntı ilə bağlıdır.