Gürcüstanda geniş etiraz aksiyası ikinci gündür davam edir - VİDEO

Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyalarının ikinci günü gərgin keçib.

Bizimxeber.az bildirir ki, etirazçılar binanın bir neçə fərqli çıxışında toplaşaraq geniş ərazini tutublar.

Rustaveli prospektində mitinq insidentsiz davam edərkən, xüsusi təyinatlılar Gürcüstan parlamentinin yuxarı girişindəki ərazinə hücum ediblər, etirazçıların bir qismini oradan sıxışdırıblar. Qarşıdurma zamanı polis etirazçılara qarşı bibər qazından istifadə edib.