Gürcüstanda 4,2 ballıq zəlzələ oldu

Gürcüstanın cənubunda 4,2 bal gücündə zəlzələ baş verib. 

Bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. 

Yeraltı təkanlar paytaxt Tbilisidən 62 kilometr məsafədə Dmanisi şəhərində qeydə alınıb. 

Dağıntı və tələfat barəsində hələ ki məlumat yoxdur.