Gürcüstan Rusiyada səfirliyi bərpa edir?

Gürcü hakimiyyəti Rusiyanın səfirliyinin bərpası üçün çalışır.

Bizimxeber.az bildirir ki, bu barədə müxalif “Mtavari” telekanalı məlunat yayıb.

Gürcüstan Rusiya-Gürcüstan müharibəsi başa çatdıqdan sonra 2008-ci il sentyabrın 3-də Rusiya ilə diplomatik əlaqələri kəsib. Hazırda bütün konsulluq və digər diplomatik xidmətlər xüsusi bölmələrin olduğu İsveçrə səfirliklərində həyata keçirilir.

Gürcüstan müxalif telekanalın məlumatına görə, Gürcüstan hakimiyyəti səfirliyin açılması ilə bağlı Moskva ilə fəal işləyirmiş kimi görünür. Kanalın mənbəsi iddia edir ki, səfirliyə işçilərin seçimi davam edir.