Gürcüstan prezidenti Makrona məktub yazdı - "Tbilisiyə gəl!"

Tbilisiyə bildirir ki, o, məktubunda araq, “xarici agentlər” haqqında qanunun qəbuluna etirazlar fonunda onu mümkün qədər tez Tbilisiyə gəlməsini istyib.

Zurabişvili qeyd edib ki, o, mayın 26-da Gürcüstanın Müstəqillik Günündə Fransa prezidentini gözləyir. Onun sözlərinə görə, bundan əvvəl onlar Makronun sentyabrda, parlament seçkiləri öncəsi Gürcüstana səfəri məsələsini müzakirə ediblər.

“Ancaq indi təhlükə təkcə Gürcüstan deyil”, - Zurabişvili bildirib.

Onun sözlərinə görə, indi söhbət Avropanın təhlükəsizliyindən, Qafqazın sovet mentalitetindən və Rusiyanın təsirindən azad edilməsindən gedir.

Makron administrasiyası Gürcüstan prezidentinin məktubuna hələ ki, cavab verməyib.

İki gün öncə Makron Almaniya kansleri Olaf Şolzla Gürcüstandakı vəziyyəti müzakirəe edib. Onlar hökumətin və Gürcüstanın aparıcı partiyası olan “Gürcü arzusu”nun Avropa yolundan sapma qərarını “dərin təəssüflə” qeyd ediblər.