Gürcüstan prezidenti itmiş itini tapıb

Gürcüstan prezidenti Salome Zurabişvili itkin düşən Qombora adlı itinin tapıldığını açıqlayıb.

Bizimxeber.az bildirir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib.

Prezident ev heyvanının Tbilisinin mərkəzində itməsi barədə ictimaiyyətə məlumat verib. Zurabişvili axtarışda kömək istəyib və it tapılarsa, onunla əlaqə saxlamağı xahiş edib. "Tapıldı! Hər kəsə təşəkkürlər!" - Zurabişvili sosial şəbəkədəki səhifəsində yazıb.

Gürcüstan prezidenti dəfələrlə paytaxtın mərkəzi parklarında iti gəzdirərkən görüntülənib. Zurabişvili 2018-ci il seçki kampaniyası zamanı Kaxetiyadakı Qombori aşırımında iti götürüb.