Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Gürcüstan prezidenti Salome Zurabişvilinin istefasından danışıb.
Bizimxeber.az bildirir ki, onun sözlərini "Qruziya Online" yayıb.
Kobaxidzenin sözlərinə görə, hakimiyyətdə olan partiya belə bir ssenarinin fəal şəkildə müzakirə edildiyi barədə məlumatlara malikdir.
“Prezidentin istefaya getməsi ehtimalı yüksəkdir, faktiki olaraq o, vəzifəsindən uzaqlaşdırılacaq... Çox güman ki, bu, avqust, sentyabr aylarında baş verə bilər”, - deyə o bildirib.
Kobaxidze iddia edir ki, Zurabişvili müxalifətin seçki kampaniyasını dəstəkləyə bilər və ya özü parlament seçkilərində iştirak edə bilər.
Xatırladaq ki, prezidentin impiçmenti parlamentdə uğursuzluğa düçar olduqdan sonra hakimiyyətdə olan partiyanın nümayəndələri Salome Zurabişviliyə qarşı aktiv kampaniyanı davam etdirirlər.
Xüsusilə, “Gürcü arzusu” bildirmişdi ki, parlament çoxluğu Zurabişvili impiçmentə məruz qalmadıqdan sonra onunla bağlı müəyyən rituallara əməl etməyəcək.