Gürcüstan Parlamenti etirazlara yol açan qanuna səs verdi

Gürcüstan parlamenti “əcnəbilər haqqında” qanuna birinci oxunuşda səs verib. 83 deputat “lehinə”, 0 nəfər əleyhinə səs verib. Səsvermədə yalnız parlament çoxluğunun nümayəndələri iştirak edib.

Səsvermə Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası fonunda keçirilib.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi yalnız xarici qüvvələrin maraqlarını müdafiə edən təşkilatların qeydiyyatını və onların maliyyələşdirilməsinin şəffaflığını nəzərdə tutur. Onların fəaliyyətində heç bir məhdudiyyət yoxdur.

Yalnız illik gəlirinin 20%-nin mənbəyini “xarici qüvvələr” təşkil edən hüquqi şəxslər xarici qüvvənin maraqlarını güdən təşkilat sayıla bilər. Təşkilat müvafiq meyarlara cavab verirsə, qeydiyyatdan keçmək üçün özü Dövlət Reyestrinin Milli Agentliyinə müraciət etməlidir. Prosedur pulsuz olacaq.

Qanun layihəsinə əsasən, xarici qüvvələrin maraqlarını güdən təşkilatların reyestrində qeydiyyatdan keçmiş subyektlər hər ilin yanvar ayında əvvəlki ilin maliyyə bəyannaməsini elektron qaydada doldurmalıdırlar.