Gürcüstan hökuməti aksiya zamanı həbs olunanları azad etdi

Gürcüstanda son bir neçə gün ərzində keçirilən kütləvi etirazlar zamanı həbs olunanların demək olar ki, hamısı sərbəst buraxılıb.

Bizimxeber.az bildirir ki, keçirilən son aksiyalarda həbs olunan 132 nəfər azad edilib.

Hakim “Gürcü arzusu” partiyası layihəni tamamilə geri götürəcəy. Buna baxmayaraq, ötən gün Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan yenidən etiraz aksiyası keçirib. Mitinqlər bu dəfə dinc şəraitdə keçib.