Gürcüstan ATƏT-in tənqidini ölkəyə hücum adlandırır

Gürcüstanın hakim partiyası  ATƏT Parlament Assambleyasının ölkəni tənqid edən bəyanatını ölkəyə birbaşa hücum adlandırıb.

Bizimxeber.az bildirir ki, bu barədə “ Novosti-Georgia ” xəbər verib.

ATƏT Parlament Assambleyasının Buxarestdə keçirilən sessiyasının yekunlarına əsasən Gürcüstanla bağlı sənəd qəbul edilib.

Sənəddə "Gürcü arzusu”nun atdığı bir sıra addımlar, xüsusən də “xarici agentlər” haqqında qalmaqallı qanunun qəbulu tənqid olunur.  ATƏT PA potensial antidemokratik meylləri aşkar etmək üçün Gürcüstanda seçkilərin necə keçiriləcəyini yaxından izləmək niyyətində olduğunu bildirib. 

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri, Gürcüstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze sənədə münasibət bildirib.“Mən bunu ölkəmizə qarşı məqsədyönlü hücum kimi qəbul edirəm, bir çox başqa ittihamları demirəm - məsələn, sanki şəffaflıq haqqında yeni qanun söz və sərbəst toplaşmaq azadlığını məhdudlaşdıracaq, bu, açığını desək, yalandır.