Gürcü hakimiyyəti geri çəkilir - Tələbələrə danışıqlar təklif edildi

Gürcüstanın baş naziri İrakli Kobaxidze “Agent qanunu”na qarşı aksiyalarda iştirak edən gənclərə danışıqlar təklif edib.

Bizimxeber.az bildirir ki, o, bu barədə "Facebook" sosial hesabında yazıb.

"Qanunla bağlı ictimai müzakirə aparaca biləcəyim on nümayəndə seçin. Nüfuzlu ekspert hesab etdiyiniz 2-3 gənc olmayan şəxslə də müzakirələrdə iştirak edə bilərsiniz. Ümid edirəm ki, bu dəfə biz konstruktivliyə və aşkarlığa layiqli cavab alacağıq və radikal müxalifətə mənsub səfirlərdən və mediadan fərqli olaraq, gənclər şəffaflıq qanunu ilə bağlı sağlam müzakirələrdə iştirak edəcəklər”, - İrakli Kobaxidze öz məqaləsində yazıb.

Bundan əvvəl, mayın 10-da İrakli Kobaxidze son illərdə Gürcüstanda keçirilən etiraz aksiyalarında iştirak edən gənclər və “Agent qanunu”na qarşı geniş məktub dərc edib. Məktubda o, etirazçıların birləşdiyi hərəkatları sadalayıb və onları zorakılıq kimi xarakterizə edib.