Gündə 400-ə yaxın Ronaldu forması satılır - “Əl-Nəsr”

Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunun fan-şopunda Kriştianu Ronaldunun idman köynəklərinə böyük tələbat var. 

Məlum olub ki, komandanın rəsmi mağazasında gündə 400-ə yaxın belə idman formaları satılır. Hər formanın qiyməti isə təxminən 100 dollardır. Bildirrlir ki, yüksək tələbat səbəbindən mağazada yalnız həmin köynəklərin uşaq və XXXL ölçüləri qalıb.