“Global Authorship” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib

MIE Azerbaijan MMC-nin təşkilatçılığı, Meta Mind Training & Consulting MMC-nin və Innovative Learning Network icmasının dəstəyilə Bakıda keçirilən “Global Authorship” layihəsinin eyni adlı konfransı elm və təhsil sahəsində mədəniyyətlərarası dialoqu və əməkdaşlığı təşviq edir.

Bakı şəhərində 05 may 2024-cü il tarixində “Global Authorship” layihəsinin çoxdan gözlənilən konfransı keçirildi. Tədbir Türkiyə, Gürcüstan, Hindistan, Küveyt, ŞriLanka, Pakistan, Rumıniya və Azərbaycandan olan layihə iştirakçılarını və qonaqları bir araya gətirdi. Üç dinamik sessiyada təşkil olunan konfrans “Global Authirship” Layihəsi çərçivəsində yaranan tendensiyalar, müxtəlif imkanlar və digər aktual mövzular üzrə düşündürücü müzakirələr üçün platforma rolunu oynadı. İştirakçılar sürətlə inkişaf edən dünyada birgə müəllifliyin gələcəyini formalaşdırmağı vəd edən fikir və təcrübələrini auditoriya ilə paylaşdılar. Toplantıda mədəniyyətlərarası dialoqun və ədəbiyyat sahəsində əməkdaşlığın təşviq edilməsinin vacibliyi vurğulanıb, qlobal ədəbi mənzərəyə töhfə verən zəngin çağırışlar və perspektivlər qeyd olunub.

Konfrans layihənin çoxşaxəli əhatə dairəsinin hərtərəfli tədqiqini təklif etdi, innovativ hekayə anlatma üsullarının tədqiqindən tutmuş Süni İntellekt (AI) erasında çağırışların və imkanların həllinə qədər bütün mövzular müzakirə olundu. İştirakçılar Pr.Nəbi Mahmudov, təhsil tədqiqatçısı Böyükağa Mikayıllı, Pr.Mari Karitonaşvili, Pr.Irfan Ali və digərləri  tədbirə öz tövfələrini vermək məqsədilə əhəmiyyətli təqdimatlar etdilər. Konfransın uğuru “Global Authorship” layihəsinin uyğun profilli qlobal ictimaiyyətdə yaradıcılıq, müxtəliflik və əməkdaşlığın təşviqinə sadiqliyini bir daha təsdiqlədi. Tədbirin sonunda layihə iştirakçılarına layihə məhsulları olan kitablar hədiyyə edildi.