Gənc ana təyyarədə uşaq dünyaya gətirdi - VİDEO

Pegasus Hava Yollarının sərnişini uçuşa dəqiqələr qalmış təyyarənin göyərtəsində körpəsini vaxtından əvvəl dünyaya gətirib.

Bizimxeber.az bildirir ki, hadisənin videogörüntülərini Daily Mail nəşri yayıb.

Təyyarə İstanbuludan Fransanın Marsel şəhərinə uçurmuş. Təyyarə havaya qalxmağa hazırlaşanda qadının doğum sancısı baş verib. Kadrlarda həkimin uşaqla birlikdə laynerin dəhlizi ilə necə qaçdığı görünür. Bu zaman təəccüblənən sərnişinlər baş verənləri izləyiblər. Vaxtından əvvəl doğulan körpə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.