G7 Rusiya almazlarına qarşı sanksiyalar tətbiq edəcək - Bəyanat imzalandı

Virtual sammitin yekunlarına əsasən, G7 dövlətləri 2024-cü il yanvarın 1-dək Rusiya istehsalı olan brilyantlara məhdudiyyətlər tətbiq etmək niyyətlərini açıqlayıblar.

Bizimxeber.az bildirir ki, bu barədə "European Truth"a istinadən G7 liderlərinin bəyanatında deyilir.

Görüşdən sonra yeddi dövlətin lideri Rusiyanın gəlirlərini azaltmaq üçün əlavə tədbirlər görməyə hazır olduqlarını təsdiqləyiblər.

“Biz 2024-cü il yanvarın 1-dək Rusiyada hasil edilmiş, emal edilmiş və ya istehsal olunmuş qeyri-sənaye almazlarının idxalına məhdudiyyətlər tətbiq edəcəyik, bundan sonra üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına 2024-cü il martın 1-dək tədricən məhdudiyyətlər tətbiq olunacaq " deyə, bəyanatda deyilir..